Qəzada ölən qadın şairə imiş - Sürücü qaçıb - FOTOLAR

Gündəm 23 Fevral 2017 02:35 Oxunub 2348
Qəzada ölən qadın şairə imiş - Sürücü qaçıb - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Limanda yolu keçmək istəyərkən maşın onu vurub

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisində baş verib. Xırdalan şəhər sakini 1960-cı il təvəllüdlü Dəstəgül Əzəmət qızı Şəmiyeva Liman şəhəri ərazisində yolu keçmək istəyərkən maşın onu vurub. D.Şəmiyeva ağır kəllə-beyin travması ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Dəstəgül Zamanlı (Şəmiyeva) şairə olub. Sosial şəbəkədə dostlarının yaydığı məlumatda qeyd olunur ki, sürücü hadisə yerindən qaçıb.

Qəzada ölən qadın şairə imiş -  Sürücü qaçıb... +Fotolar
Qəzada ölən qadın şairə imiş -  Sürücü qaçıb... +Fotolar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh