Metro işçiləri və avtobus sürücüləri tətil edib

Gündəm 23 Fevral 2017 11:48 Oxunub 874
Metro işçiləri və avtobus sürücüləri tətil edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar ağır əmək şəraitinə qarşı çıxıblar

Romada taksi sürücülərinin altıgünlük etiraz aksiyasının ardınca çərşənbə günü metro işçiləri, avtobus və tramvay sürücüləri tətilə başlayıblar. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, ictimai nəqliyyatın dördsaatlıq tətili Roma metrosunun üç qolundan birinin bağlanmasına səbəb olub. Romada bütün ictimai nəqliyyata cavabdeh olan ATAC dövlət şirkətinin əməkdaşları ağır əmək şəraiti, yüksək iş həcmi və aqressiv əhval-ruhiyyəli vətəndaşlar tərəfindən hücum hallarına qarşı etiraz ediblər. Fevralın 24-də "Cotral" şəhərlərarası avtobuslar şəbəkəsinin tətili planlaşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh