“Ağcabədi Avtotəmir”in rəhbərliyi yenidən formalaşdırılacaq

Gündəm 23 Fevral 2017 11:53 Oxunub 915
“Ağcabədi Avtotəmir”in rəhbərliyi yenidən formalaşdırılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müəssisənin səhmdarlarının yığıncağı  çağırılıb

Aprelin 4-də, saat 11:00-da “Ağcabədi Avtotəmir” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. Məlumata görə, yığıncaq Cəmiyyətin inzibati binasının yerləşdiyi Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, 157 ünvanında baş tutacaq. Yığıncağın gündəliyinə müəssisənin 2016-cı ildəki maliyyə - təsərrüfat fəaliyyətinin müzakirəsi və illik balansının təsdiqi, onun nizamnaməsinin yeni redaksiyada təsdiqi, İdarə Heyətinə sədr seçilməsi, Müşahidə Şurasının, icra orqanının və Təftiş Komissiyasının formalaşdırılması və digər məsələlər daxildir. Xatırladaq ki, “Ağcabədi Avtotəmir” ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 141 943,2 manatdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh