Azərbaycanda hazırda müşahidə olunan hava şəraiti iki gün davam edəcək"

Gündəm 23 Fevral 2017 11:56 Oxunub 813
Azərbaycanda hazırda müşahidə olunan hava şəraiti iki gün davam edəcək"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 “Havanın soyuması gözlənilmir”

Azərbaycanda hazırda müşahidə olunan hava şəraiti iki gün davam edəcək”. Avtosfer.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib. O bildirib ki, yaxın iki gün ərzində ölkə ərazisində hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: “Yəni, yaxın iki gündə yağmurlu hava şəraiti müşahidə olunmayacaq. Temperatur rejimində dəyişiklik olmayacaq, havanın soyuması gözlənilmir”.

G.Məmmədovanın sözlərinə görə, fevral ayının 24-25-də arabir güclənən cənub qərb küləkləri öz yerini arabir güclənən şimal qərb küləyinə verəcək: “Yəni gün ərzində dəyişkən küləkli hava şəraiti müşahidə olunacaq”.

Qeyd edək ki, Milli Hidrometeorologiya Departamenti fevralın 23-dən 26-sı gündüzədək Azərbaycanın bəzi rayonlarında cənub-qərb, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi ilə bağlı xəbərdarlıq edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh