Bu ilin ilk Günəş tutulması baş verəcək - Fevralın 26-da

Gündəm 23 Fevral 2017 13:06 Oxunub 991
Bu ilin ilk Günəş tutulması baş verəcək - Fevralın 26-da
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu hadisələrin insanlar üçün heç bir təhlükəsi yoxdur və adi astronomik hadisədir

Fevralın 26-da bu ilin ilk Günəş tutulması hadisəsi baş verəcək. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov apa-ya bildirib ki, proses saat 16:12-də başlayacaq, saat 18:54-də maksimumda olacaq, saat 21:35-də bitəcək. O qeyd edib ki, həlqəvari Günəş tutulması Amerika, Cənubi Afrikanın qərbində müşahidə olunacaq. X. Mikayılov vurğulayıb ki, bu hadisəni Azərbaycandan izləmək mümkün olmayacaq. Qeyd edək ki, bu il 2 Ay və 2 Günəş tutulması hadisəsi baş verəcək. İlk ay tutulması fevralın 11-də qeydə alınıb. Növbəti Ay tutulması avqustun 7-də, ikinci Günəş tutulması isə avqustun 21-də olacaq. Bu hadisələrin insanlar üçün heç bir təhlükəsi yoxdur və adi astronomik hadisədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh