Hacıqabulda 10 yaşayış məntəqəsini birləşdirən yol tikilir - FOTO

Gündəm 23 Fevral 2017 13:07 Oxunub 1050
Hacıqabulda 10 yaşayış məntəqəsini birləşdirən yol tikilir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tutulmuş vəsaitin 14 milyon manatı “Azəravtoyol” ASC-yə ayrılıb

Azərbaycan prezidenti İlham Əliyevin Hacıqabul rayonunun Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamının icrasına başlanılıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, 19 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisinə start verilib. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən 4-cü dərəcəli yolun uzunluğu 50 kilometrdir. Yolun torpaq yatağının eni 8 metr, asfalt-beton örtüyünün eni 6 metr, qalınlığı 12 santimetr olacaq. Tikintinin 2018-ci ilin dekabr ayında başa çatdırılması gözlənilir. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Hacıqabul rayonunun Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamına uyğun olaraq 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 14 milyon manatı “Azəravtoyol” ASC-yə ayrılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh