Yol polisindən sərxoş sürücünün ödədiyi pulun hara getməsi barədə - Açıqlama

Yol polisi 23 Fevral 2017 13:30 Oxunub 5955
Yol polisindən sərxoş sürücünün ödədiyi pulun hara getməsi barədə - Açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sistemə düşmədiyi üçün 400 manatlıq cərimə 640 manat olub

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Çingiz Cavadov adlı sürücünün sərxoş halda tutulduğu üçün məhkəmə tərəfindən 400 manat cərimə edilməsi, lakin ödənilən cərimənin indiyədək DYP-nin sistemində görünməməsi ilə bağlı Avtosfer.az-a açıqlama verib. Onun sözlərinə görə, sürücüyə tərtib olunmuş KYP 555007 saylı inzibati protokol 07.09.2016-cı il tarixində baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 400 manat cərimə olunub: "Lakin görünür, sürücü cəriməni məhkəmə sistemi üzərindən başqa büdcəyə ödədiyi üçün həmin cərimə yol polisinin sistemində görsənmir. Belə halda sürücüyə tövsiyyə edirik ki, məsələ ilə bağlı Maliyyə Nazirliyinin Xəzinədarlığına müraciət etsin. Orada məsələ araşdırılandan sonra ödənilmiş vəsait geri qaytarıla bilər. Hazırda həmin sürücüyə yazılmış cərimə DYP-nin sistemində ödənilməmiş kimi görsənir".

Sürücü isə bildirir ki, sərxoş halda avtomobil idarə etdiyinə görə ona təyin edilmiş cəriməni ödəsə də, hələ də həmin məsələ qapanmayıb. Sonradan məlum olub ki, onun ödədiyi cərimə yol polisinin məlumat bazasından silinməyib. Hələ bu azmış kimi, 400 manatlıq cərimənin üzərinə faiz də gəlib. Sistemdə cərimənin ödənilmədiyi görünsə də, sürücüdə ödənişi etdiyinə dair qəbz var və qəbz bankın xəzinədarı tərəfindən təsdiq edilib. Cərimə sistemdə ödənməmiş göründüyü üçün hər dəfə yol polisləri maşını saxlayaraq cərimə meydançasına aparırlar.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh