Ramil Usubov işdən çıxardığı generalları geri qaytardı

Yol polisi 23 Fevral 2017 13:50 Oxunub 5146
Ramil Usubov işdən çıxardığı generalları geri qaytardı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
General Mehrəliyev daxili işlər nazirinin müşaviri təyin olunub

Ötən həftə yaş senzi ilə bağlı vəzifəsindən azad edilən və pensiyaya göndərilən polis general-mayoru, DİN-in Baş istintaq idarəsinin rəisi Sərvər Mehrəliyevə yenidən vəzifə verilib. Virtualaz.org-a məlum olub ki, general Mehrəliyev bu dəfə daxili işlər naziri Ramil Usubovun müşaviri təyin olunub. Bundan əlavə istefaya göndərilmiş daha bir general DİN-ə qaytarılıb. Bu, ötən ay pensiyaya göndərilən, Bakı şəhər Baş polis idarəsinin rəis müavini, general-mayor Həsən Şirinovdur. Maraqlıdır ki, Bakı şəhər Baş polis idarəsinin rəis müavini postu ləğv edilib və onun yerində yeni vəzifə - Bakı şəhər Baş polis idarəsinin rəisinin köməkçisi vəzifəsi yaradılıb. Həmin vəzifəyə Həsən Şirinov təyin olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh