Keçilməz yollar qəsəbə sakinlərini dilə gətirib - VİDEO

Xəbərlər 23 Fevral 2017 13:57 Oxunub 1566
Keçilməz yollar qəsəbə sakinlərini dilə gətirib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun tamamilə nə vaxt düzələcəyi sualına gəldikdə isə...

Su aydınlıqdır deyirlər, amma bəzən aydınlıq insanlara baha başa da otura bilir. Keçilməz yollarla irəliləməsinə gətirib çıxarır. Avtosfer.az inter.az-a istinadən xəbər verir ki, söhbət Sabunçu rayonu Albalı qəsəbəsindən gedir. Problem isə 1.2 km yolun asfalt ortüyü olmamasından qaynaqlanıb. Yollarda yaranan su gölməçələri sadəcə bir denizi xatırladır. Bax, bu gölməçəni necə kecmək isə qalır sakinlərin öhdəsinə. Qəsəbə sakinlərinin sözlərinə görə, müvafiq qurumlara çoxsaylı müraciətlər etsələr də, onların dərdinə çarə edən yoxdur. Sürücülər də yol deyib durublar. Onların sözlərinə görə, qazandıqları ancaq maşınlarının təmirinə gedir. Yağış yağan kimi vəziyyət lap drammatikləşir. Yollardan maşınla yox qayıqla keçmək lazım gəlir. Sakinləri dinləyib ilk olaraq Maştağa bələdiyyəsinə üz tutduq. Sədr müavini problemə aydınlıq gətirmək istəmədi. Sadəcə bu yolun təmirinin səlahiyyətlərində olmadığını bildirdi. Sabunçu rayonunun Maştağa qəsəbəsi üzrə nümayəndəsi  Fərrux Cavadov isə dedi ki, artıq məsələdən xəbərdardırlar. Müəyyən tədbirlər də görülüb. Yağışların yağması nəticəsində yene yol bərbad günə düşüb. Yolun tamamilə nə vaxt düzələcəyi sualına gəldikdə isə...

Nə deyirik?! Təki, verilən sözlərə vaxtında əməl olunsun. Ferrux Cavadovun dediyi kimi yollar Novruz bayramına kimi təmiri bərpa olunsun. Bəlkə bundan sonra Albalı qəsəbəsinin sakinləri də rahatlıqla bu yola rəvan ola bildilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh