"Bakı yolunun dar hissələrində sıxışıb qalmaq olar" - Alman eksperti

Yarışma 23 Fevral 2017 18:20 Oxunub 1614
"Bakı yolunun dar hissələrində sıxışıb qalmaq olar" - Alman eksperti
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mixael Şmidt avtomobillərin çoxlarının ümid etdiyi qədər də yaxşı alınmadığı qənaətinə gəlib

“Formula 1”-in yeni bolidləri “Mercedes S” tipli iri avtomobillərdir. İndi Niko Hyulkenberqin Monakoda ötməyin mümkün olmayacağını dedikdə, nəyi nəzərdə tutduğu aydın olur. Bakının yarış yolunun dar hissələrində sıxışıb qalmaq mümkündür. Avtosfer.az F1news-a istinadən xəbər verir ki, bu fikri almaniyalı ekspert Mixael Şmidt “Sauber” və “Renault” komandalarının təqdim etdikləri avtomobilləri qiymətləndirərkən bildirib. Mixael Şmidt avtomobillərin çoxlarının ümid etdiyi qədər də yaxşı alınmadığı qənaətinə gəlib. “İlkin təəssürat: yeni avtomobillər “Mercedes S” tiplidir, yarış yolu üçün çox böyükdürlər. Onlar sadəcə enli deyil, həm də çox uzundurlar. Təkər bazası avtobusda olan kimidir. Baxmayaraq ki, avtomobilin eni cəmi 20 sm artıb, xaricdən onlar həddən artıq iri görünürlər. Artıq kübar və zərif görünmürlər, sanki təkər üstündə nəhəng qutudurlar. Onların fonunda 1960-cı illərin avtomobilləri oyuncağa bənzəyir. İndi Niko Hyulkenberqin Monakoda ötməyin mümkün olmayacağını dedikdə, nəyi nəzərdə tutduğu aydın olur. Bakının yarış yolunun dar hissələrində sıxışıb qalmaq mümkündür. Yalnız “Renault” və “Sauber”in təqdim etdiyi avtomobilləri görmüşük, amma qalan avtomobillər də bunlara bənzər olacaq. Avtomobillər hazırlanarkən mühəndislər səmərəliliyi rəhbər tutublar, amma yeni avtomobilin nə dərəcədə effektiv xarici görünüşə malik olacağını düşünməyiblər. Böyük şaquli üzgəc avtomobilə massivlik əlavə edir. Burun hissəsindəki çıxıntıdan da imtina etmək olardı. Jan Todtdan fərqli olaraq, mən hər şeyə alışmağın mümkün olduğunu hesab etmirəm, eybəcər olan eybəcər qalır. Bəzən hətta kiçik bir detal avtomobilin xarici görünüşünü korlaya bilər, məhz bu səbəbdən də Halo müdafiəsi heç vaxt peyda olmamalıdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh