Polisə müqavimət göstərməkdə və dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

Gündəm 23 Fevral 2017 19:11 Oxunub 1215
Polisə müqavimət göstərməkdə və dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəyyam Vəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və polisə müqavimət göstərməkdə təqsirləndirilən Xəyyam Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, X.Vəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, X.Vəliyev DYP əməkdaşı Elnur İsgəndərova müqavimət göstərib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmək və zor tətbiq etmək) maddələri ilə cinayət işi açılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh