Belarusa məxsus təyyarə yandı

Qəzalar 23 Fevral 2017 19:18 Oxunub 929
Belarusa məxsus təyyarə yandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır

Belarusun Bobruyski aerodromunda Hərbi-Hava Qüvvələrinə məxsus “MiQ-29” tipli təyyarə havaya qalxmağa hazırlaşarkən onun mühərrikində yanğın baş verib. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Belarus Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumata görə, insident təyyarə təlim uçuşu həyata keçirərkən baş verib. Məlumatda qeyd olunur ki, pilot və uçuş rəhbərinin səriştəsi nəticəsində yanğın daha ağır nəticəylə yekunlaşmayıb: “Heç kim xəsarət almayıb. Təyyarə aerodromun ərazisini tərk etməyib”. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh