Film kimi qəza - Maşın bu günə qaldı - FOTO-VİDEO

Avtoxəbər 24 Fevral 2017 01:00 Oxunub 8830
Film kimi qəza - Maşın bu günə qaldı - FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"VAZ 21011" markalı avtomobil iki hisssəyə parçalanıb

Şəkidə zəncirvari qəza olub. Avtosfer.az ARB Şəki-yə istinadən xəbər verir ki, Qaraməryam-İsmayıllı-Şəki magistral yolunun 129-cu km-də Şəkinin Oraban kəndi yaxınlığında ağır avtomobil qəzası baş verib. Qəza zamanı Sumqayıt şəhər sakini Ağayev Şahin Məhərram oğulunun idarə etdiyi "Ford Transit" markalı yük avtomobili ilə Şəki rayon sakini sakini idarə etdiyi "VAZ 21011" markalı minik avtomobili ilə toqquşub. Qəza anında hərəkətdə olan daha bir minik avtomobilinə qismən ziyan dəyib. Qəzadan sonra "VAZ 21011" avtomobilinin hissələri ətrafa dağılıb. Avtomobil iki hisssəyə parçalanıb. Yük avtomobili isə aşaraq avtomobillərin intensiv hərkət etdiyi yolu bir müddət bağlayıb. Qəzada müxtəlif bədən xəsarətləri alan 3 nəfər Oğuz rayon Mərkəzi xəstxanasına yerləşdirib. Onların vəziyyəti orta ağır olaraq qalır.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

 

 

Film kimi qəza -  Maşın bu günə qaldı +Fotolar
Film kimi qəza -  Maşın bu günə qaldı +Fotolar
Film kimi qəza -  Maşın bu günə qaldı +Fotolar

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh