Etibarnamə ilə aldığı avtomobilə həbs qoyuldu - Qeydiyyata da alınmır - VİDEO

Xəbərlər 24 Fevral 2017 01:53 Oxunub 7357
Etibarnamə ilə aldığı avtomobilə həbs qoyuldu - Qeydiyyata da alınmır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sahibi maşını qeydiyyata saldıra bilmir

Etibarnamə ilə aldığı avtomobilin üzərinə həbs qoyulub. Buna səbəb maşının əvvəlki sahibinin borcu olub. Ağdaşın Qülbəndə kənd sakini Məhəmməd Cəfərovun atası 10 il əvvəl 30 illik etibarnamə ilə yük maşını alıb. Atası 2015-ci ildə dünyasını dəyişdiyindən Məhəmməd Cəfərov maşının ilk sahibini taparaq 1 illik etibarnamə alıb. Bir müddət sonra isə nəqliyyat vasitəsini qardaşının adına qeydiyyata saldırmaq istədikdə problemlə üzləşib. Məhəmməd Cəfərovun sözlərinə görə, avtomobilin əvvəlki sahibi bildirib ki, maşına həbs külli miqdarda borcu olduğu üçün qoyulub. İri və xırdabuynuzlu heyvanların alveri ilə məşğul olan Məhəmməd Cəfərov indi öz yük maşınından istifadə edə bilmir. 

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, avtomobilin üzərinə sadəcə həbs qoyulubsa, etibarnamə verilə bilər. Həbsdən əlavə, istismarına qadağa qoyulduqda isə etibarnamə vermək mümkün deyil. Ekspert deyir ki, Məhəmməd Cəfərov məhkəmədə iddia qaldıraraq maşının ona məxsus olduğu sübut edə və həbsi ləğv etdirə bilər. Burada avtomobilin əvvəlki sahibinin ifadəsi də önəmli rol oynayır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh