Maşınqayırma Zavodundakı partlayışda xəsarət alanların sayı 19 nəfərə çatıb

Gündəm 24 Fevral 2017 01:56 Oxunub 1670
Maşınqayırma Zavodundakı partlayışda xəsarət alanların sayı 19 nəfərə çatıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəsarət alanlardan üçünün vəziyyəti ağırdır

Çexiyanın şimal-şərqində yerləşən Şimali Moraviya əyalətindəki Poliçka şəhərində Maşınqayırma Zavodunda baş vermiş partlayışda xəsarət alanların sayı 19 nəfərə çatıb. Bu barədə "TASS" agentliyinə ölkənin yanğın idarəsinin rəsmisi Aleş Çernoqorsk məlumat verib.  Məlumatda bildirilir ki, xəsarət alanlardan üçünün vəziyyəti ağırdır. Yaralılar arasında yanğınsöndürənlər də var. 

Qeyd edək ki, zavodda içərisi partlayıcı dolu ilə çən partlayıb. Müəssisənin ərazisində yanğının qarşısını almaq üçün 12 yanğınsöndürmə briqadası cəlb edilib.

 

***17:47

Çexiyanın şimal-şərqində yerləşən Şimali Moraviya əyalətindəki Poliçka şəhərində Maşınqayırma Zavodunda partlayış baş verib. Hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Polisdən verilən məlumata görə, içərisi partlayıcı dolu ilə çən partlayıb, 12 yaralıdan 3-nün vəziyyəti ağırdır. Bildirilib ki, müəssisənin ərazisində yanğın olub və alovun qarşısını almaq üçün 12 yanğınsöndürmə briqadası cəlb edilib. Polis məmuru Qan Kayzerovun verdiyi məlumata görə, hələlik yanğını tam söndürmək olmayıb, zavodun sexlərində maye təbii qaz və digər partlayıcı maddələr olduğundan ara-sıra partlayış səsləri gəlir.

 

Report

ŞƏRH YAZ
Ad

E-mail

Şərh