Bakıda piyadaları ölümə aparan piyada keçidi - VİDEO

Xəbərlər 24 Fevral 2017 02:03 Oxunub 2505
Bakıda piyadaları ölümə aparan piyada keçidi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Keçiddən gecə saatlarında istifadə edərək sağ qalmaq möcüzəyə bərabərdir

Zabrat şossesində olan bu keçidin zolaqları silinib və günün normal, yəni işıqlı vaxtında həmin yoldan keçmək müşkül məsələdir. Avtosfer.az xəbər verir ki, bununla bağlı yerli sakinlər sosial şəbəkələrdə video paylaşıblar. Onların sözlərinə görə, demək olar ki, nadir hallarda orada piyadalar keçdiyi zaman maşınlar saxlayaraq piyadalara yol verir: «Əsas məsələlərdən biri də odur ki, burada çox vaxt qəzalar baş verir. «SOCAR» yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən həmin keçiddən gecə saatlarında istifadə edərək sağ qalmaq möcüzəyə bərabərdir. Həmin keçidin üstündə cəmi 1 işıq dirəyi var ki, onun da işığı yanmır».

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh