Binəqədi rayonunda hərəkət məhdudlaşdırılıb – FOTO+VİDEO

Gündəm 24 Fevral 2017 10:57 Oxunub 1386
Binəqədi rayonunda hərəkət məhdudlaşdırılıb – FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəfər Xəndan küçəsinin daha bir hissəsində təmir işləri aparılır

Bakıda Binəqədi rayonu Cəfər Xəndan küçəsinin daha bir hissəsində təmir işləri aparılır. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, təmir işləri C.Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsi və Azadlıq prospekti arasında yerləşən 550 metrlik hissəsini əhatə edir. Burada da köhnə asfalt-beton örtük ikiqat olmaqla yenisi ilə əvəz olunur. Bu səbəbdən küçənin sözügedən hissəsində avtonəqliyyat vasitələrini hərəkəti qısa müddətlik məhdudlaşdırılıb. Təmir işləri çərçivəsində həmin küçədə yeni yeraltı kommunikasiya xəttləri çəkilib, yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə mövcud yağış-kanalizasiya xətləri işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri çəkilərək yağış barmaqlıqları qoyulub. Aparılmış kompleks işlər yolun hərəkət hissələrinin tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq. Aparılan təmir işləri çərçivəsində piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunaraq, asfaltlanıb, kənarlarına 1 100 poqon metr yeni səki daşları düzülüb. Təmir işləri C.Xəndan və Nəcəf Nərimanov küçələrində yekunlaşdıqdan sonra, hərəkətin normal təşkili üçün zəruri yol nişanları, yolcizgi və yolgöstərici xətlərlə təmin edilərək vətəndaşların istifadəsinə verilib. Qeyd edək ki, bundan öncə C.Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən 700 metrlik, həmçinin Əhməd Rəcəbli və İ.Dadaşov küçələri arasında yerləşən 1 100 metrlik hisslərində təmir işləri aparılaraq yekunlaşdırılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh