AZAL-ın reyslərində Xocalı soyqırımına dair videoçarx nümayiş etdiriləcək  

Gündəm 24 Fevral 2017 11:26 Oxunub 919
AZAL-ın reyslərində Xocalı soyqırımına dair videoçarx nümayiş etdiriləcək   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb

Fevralın 26-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Azərbaycan Hava Yolları”na məxsus aviareyslərdə bu qanlı qırğına həsr olunan videoçarx nümayiş etdiriləcək. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib. Aksiya Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) birgə layihəsi əsasında həyata keçiriləcək. Videoçarx ingilis dilində “Azərbaycan Hava Yolları”na məxsus “overhead” tipli monitorlarla (başüstü monitorlar oturacaqların üzərində yerləşir) təchiz olunan bütün təyyarələrin uçuşları zamanı nümayiş etdiriləcək. Aksiyanın məqsədi AZAL-a məxsus təyyarələrdən istifadə edən əcnəbi vətəndaşları Xocalı soyqırımı haqqında məlumatlandırmaqdır. Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Azərbaycanın 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh