Avtomobildən aksiz markasız 10 600 ədəd siqaret çıxdı

Gündəm 24 Fevral 2017 11:27 Oxunub 1168
Avtomobildən aksiz markasız 10 600 ədəd siqaret çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan məhsulların belə marka olmadan satılması, satış məqsədilə saxlanması barədə əməliyyat məlumatı daxil olub.

 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Əliyev Səfa Orucəli oğlunun idarə etdiyi "VAZ-21074" markalı, "90 CM 062" dövlət qeydiyyat nişanlı minik avtomobili Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunun qarşısındakı terminalın həyətində saxlanılıb.

Avtomobilə baxış zamanı yük yerində Azərbaycanın aksiz markası ilə markalanmayan cəmi 10 600 ədəd - "M1", "Manchester", "Royal", "Bıstoon" və "De Santıs" adlı siqaretlər aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh