Avtomobildə partlayıcı partladıldı: 5 ölü

Gündəm 24 Fevral 2017 12:43 Oxunub 876
Avtomobildə partlayıcı partladıldı: 5 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Terrorçunun "Əl-Qaidə" təşkilatının üzvü olduğu ehtimal edilir

Yəmənin cənub-qərbində, Abyan əyalətinin Zincibar şəhərində partlayış baş verib. Avtosfer.az trend-ə istinadən verdiyi məlumata görə, terrorçu-intiharçı minalanmış avtomobillə hərbi düşərgənin giriş hissəsinə gələrək partlayıcı qurğunu işə salıb. Hadisə nəticəsində ən azı 5 hərbçi ölüb. Partlayışdan sonra hökumət qüvvələri ilə silahlılar arasında atışma olduğu bildirilir. Terrorçunun "Əl-Qaidə" təşkilatının üzvü olduğu ehtimal edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh