İki avtomobil toqquşdu: ölən və xəsarət alanlar var - Ağdaşda

Qəzalar 24 Fevral 2017 15:13 Oxunub 990
İki avtomobil toqquşdu: ölən və xəsarət alanlar var - Ağdaşda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az apa-ya isitnadən xəbər verir ki, bu gün saat 14:00 radələrində Ağdaş-Ləki yolunun 2-ci kilometrliyində, Pirəyir kəndi ərazisində VAZ 2106 və “Priora” markalı minik avtomobillərinin toqquşması nəticəsində Şordəhnə kənd sakini, 1960-cı il təvəllüdlü Nurəliyev Rafael İsfəndiyar oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Pirəyir kənd sakini, 1961-ci il təvəllüdlü Fikrət Dostməmmədov, Şordəhnə kənd sakini, 1989-cu il təvəllüdlü Nuralıyev Nicat Rafael oğlu, Orta Ləki kənd sakini, 1991-ci il təvəllüdlü İlyaszadə İlyas Şahlar oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh