Ağsu aşırımında sürüşmə aktiv fazadadır

Gündəm 24 Fevral 2017 15:50 Oxunub 1104
Ağsu aşırımında sürüşmə aktiv fazadadır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılmayıb"

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsinin 149-cu kilometrliyində baş vermiş sürüşmə aktiv fazadadır. Avtosfer.az xəbər verir ki, bu barədə apa-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının mütəxəssisi Teymuraz Ələkbərov məlumat verib. O deyib ki, aidiyyəti orqanların əməkdaşları ilə birlikdə əraziyə baxış keçirilib, hazırda “Azəravtoyol”un əməkdaşları tərəfindən yolda bərpa işləri aparılır. T.Ələkbərov qeyd edib ki, sürüşmə sahəsinin eni 35-40 metr, uzunluğu 40-50 metr, qırılma qaşının hündürlüyü isə 4-5 arasında dəyişir: “Sürüşmə aktiv fazadadır. Əgər əraziyə atmosfer yağıntıları düşsə, sürüşmənin sahəsi bir qədər də böyüyə bilər. Yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılmayıb”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh