“Formula 1”: “McLaren” bu ilin bolidini təqdim etdi – FOTO

Yarışma 24 Fevral 2017 20:30 Oxunub 1544
“Formula 1”: “McLaren” bu ilin bolidini təqdim etdi – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“McLaren-Honda” pilotları ispaniyalı Fernando Alonso və belçikalı Stoffel Vandorn olacaq

“McLaren-Honda” komandası yeni avtomobili təqdim etdi. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, yeni avtomobil MCL32 adını alıb, rəng ahənginə gəldikdə isə avtomobil qara-narıncı rənglərlə boyanıb. “McLaren” yalnız avtomobilin rəngini dəyişməyib, həm də 1960-cı illərin üslubunda rebrendinq aparıblar, bu həm idmançıların geyiminə, həm komandanın uniformasına, eləcə də boks və saytın tərtibatına aiddir.

“McLaren-Honda” pilotları ispaniyalı Fernando Alonso və belçikalı Stoffel Vandorn olacaq.

Texniki özəllikləri:

Şassi: karbon lifdən monokok

Çəki: avtomobilin idmançı və boş çən ilə birgə 728 kq.

Yanacaq-sürtgü materialları və texniki maye: Castrol

Əyləc sistemi: Supportlar və əsas silindr Akebono (brake-by-wire)

Şinlər: Pirelli P Zero

Təkər diskləri: Enkei

Mühərrik:

İş həcmi: 1,6 litr

Silindr sayı: 6

Qapaqların sayı: 24

Transmissiya

Sürətlər qutusu: səkkiz ön və bir arxa ötürücü

 

Sürtgü materialı: Castrol.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh