Bu dəfə PPX avtomobili ilə qayda pozub kameraya düşdülər - VİDEO

Yol polisi 25 Fevral 2017 00:13 Oxunub 7280
Bu dəfə PPX avtomobili ilə qayda pozub kameraya düşdülər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobili idarə edən polis əməkdaşı 100 manat - 4 bal cərimə oluna bilər

Fevralın 19-da “Fiat Doblo” markalı, 90-AP-172 qeydiyyat nişanlı Post-Patrul Xidməti avtomobilinin sürücüsü Azadlıq prospekti ilə 28 May küçəsinin kəsişməsində qayda pozub. Görüntülər Avtosfer.az-ın kamerasına düşüb. Göründüyü kimi, svetoforun qırmızı işığından keçərək qayda pozan PPX avtomobilinin sürücüsü qarşıdakı Nizami küçəsində də kobud qayda pozuntusu edib. Nizami küçəsində hərəkətin birtərəfli təşkil olunmasına baxmayaraq PPX avtomobilinin sürücüsü sağa dönərək əks istiqamətdə axına qarşı hərəkət edib.

Həmin sürücü sayrışan işıq və xüsusi səs siqnalını qoşmadığı üçün qanunun tələblərindən kənara çıxa bilməz. Bu videodakı qayda pozuntularına görə, həmin avtomobili idarə edən polis əməkdaşı 100 manat, 4 bal cərimə oluna bilər.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh