Pilotsuz taksi işə başladı

Avtoxəbər 25 Fevral 2017 12:01 Oxunub 1593
Pilotsuz taksi işə başladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təhlükəli vəziyyət yarandığı halda? şirkət əməkdaşları avtomobilin idarəetməsini öz üzərlərinə götürəcəklər

ABŞ-ın Arizona ştatının Tempe şəhərinin sakinləri "Uber" xidmətinin pilotsuz taksisinin işini sınaqdan keçirməyə başlayıblar. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq məlumatı Qərbin ixtisaslaşmış kütləvi informasiya vasitələrində dərc edilib. Açıqlanan məlumatlara əsasən, pilotsuz texnologiya hazırda sınaq mərhələsindədir, yol boyu müştəriləri onların təhlükəsizliyinə cavabdeh olan "Uber"in iki mühəndisi müşayiət edir. Təhlükəli vəziyyət yarandığı halda? şirkət əməkdaşları avtomobilin idarəetməsini öz üzərlərinə götürəcəklər. Ən yaxın zamanlarda "Uber" pilotsuz taksiləri Arizonanın digər şəhərlərində də mövcud olacaq. Söz düşmüşkən, bu cür miqyaslı sınaqlar ştatın qubernatoru Daq Dyuqsinin razılığı əsasında həyata keçirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh