Avtomobillərin parklanması ilə bağlı yeniliklər olacaq - VİDEO

Qaydalar 25 Fevral 2017 23:02 Oxunub 2005
Avtomobillərin parklanması ilə bağlı yeniliklər olacaq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Parklanma yerlərinə xüsusi foto və video qurğular vasitəsilə nəzarət ediləcək

Avtomobillərin parklanması ilə bağlı yeniliklər ediləcək. Prezidentin fərmanına əsasən, növbəti 4 ay ərzində ölkədəki bütün parklanma yerləri qeydə alınacaq, həmin yerlərdən istifadə üçün ödənişin məbləği dəqiq müəyyənləşdiriləcək. Eyni zamanda parkomatların ətrafında yaşayan və avtomobili orada saxlamağa məcbur olan şəxslərə xüsusi talonlar veriləcək. Avtosfer.az xəbər verir ki, parklanma yerlərinə xüsusi foto və video qurğular vasitəsilə nəzarət ediləcək və ödəniş etməyən sürücü avtomotik qaydada cərimələnəcək. Tapşırığa əsasən, yol polisi tərəfindən iyulun 1-nə kimi bütün avtomobil sahiblərinin mobil telefon nömrələri mərkəzi informasiya sisteminə daxil edilməlidir.

Fərmana əsasən, parklanma yerinin təşkili ilə yerli icra hakimiyyəti orqanı məşğul olmalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh