Bank avtomobili vətəndaşın əlindən aldı, ehtiyat hissələrini satdı - VİDEO

Xəbərlər 25 Fevral 2017 23:04 Oxunub 3398
Bank avtomobili vətəndaşın əlindən aldı, ehtiyat hissələrini satdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Şahbazovun banka 1975 manat borcu qalıbmış

Bankdan kredit götürərək maşın sahibi olub, amma borcunu ödəyə bilməyəndə bank maşını ondan alıb. Avtosfer.az xəbər verir ki, Şabran sakini Vaqif Şahbazovun banka 1975 manat borcu qalıbmış. Bütöv məbləği düzəldib, borcunu bağlayaraq maşını geri götürmək istəyib. Amma məlum olub ki, maşının ehtiyyat hissələri üzərindən götürələrək ya satılıb, ya da kiməsə verilib.

Vaqif deyir ki, bankın rəhbərliyi ona sökülmüş ehtiyyat hissələrinin müqabilində 500 manat pul təklif edib. Halbuki, dəyən ziyan bu məbləğdən 2-3 dəfə çoxdur.

Belə olan təqdirdə Vaqif şahbazov geri qalan borcunu ödəməkdən imtina edib. Maşını necə işlək vəziyyətdə banka veribsə, elə geri qaytarılmayacağı təqdirdə borcunu ödəməyəcəyini bildirir.

Vəkil Asif Abdullayev də təsdiqləyir ki, maşın bankın duracağındadırsa, dəyən ziyana görə məsuliyyəti bank daşıyır.

Avtomobil borcun təminatı olaraq kreditlə yüklü edilsə də, mülkiyyət olaraq isə borcluya aiddir. Bu halda Vaqif Şahbazov mülkiyyətinə dəyən ziyanla bağlı mütləq məhkəməyə müraciət etməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh