Bakıda «Jeep»i vurub aşırdılar; 100 metr süründü – VİDEO

Avtoxəbər 19 Oktyabr 2014 02:55 Oxunub 3689
Bakıda «Jeep»i vurub aşırdılar; 100 metr süründü – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolayrıcını düzgün keçməyən avtomobillər toqquşub; ŞOK görüntülər Avtosfer.az-da

Avtosfer.az Bakıda daha bir ağır yol qəzasının videosunu təqdim edir. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan qəzanın başvermə səbəbi yolayrıcının düzgün keçilməməsidir. Qəzanın bir neçə kamera vasitəsilə çəkilən görüntülərinə diqqətlə baxdıqda məlum olur ki, «Jeep» markalı avtomobil öz yolu ilə düzünə hərəkətdə olarkən soldan hərəkət edən avtomobil onu tən ortadan vurur. Nəticədə «Jeep» ağır zərbənin təsirindən aşır və asfaltda yuvarlanaraq təxminən 100 metr məsafədə arxası üstə sürünür. Ətrafdakı insanlar avtomobildə olanlara köməklik göstərirlər. Qəzanın başvermə səbəbinə diqqət etdikdə məlum olur ki, burada «Jeep»in sürücüsünün günahı yoxdur. Çünki kadrlardan görünür ki, «Jeep» svetoforun yaşıl işığında hərəkət edir. Onu vuran avtomobil isə svetoforun qadağanedici işarəsi verilərkən hərəkət edir. Çünki kadrlardan göründüyü kimi, qəzadan sonra «Jeep»in gəldiyi istiqamətdə olan avtomobillər hərəkət edir, onu vuran maşının olduğu yoldakı nəqliyyat vasitələri ilə dayanır. Deməli, həmin istiqamətdə svetoforun qadağanedici işarəsi verilibmiş. Hər halda, yol hərəkəti qaydalarından anlayışı olan normal sürücü bu cür primitiv hərəkətlə belə ağır qəzaya səbəb olmazdı.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh