"Ferrari" ən güclü modelini istehsal etdi - FOTO

Avtodünya 26 Fevral 2017 21:00 Oxunub 1550
"Ferrari" ən güclü modelini istehsal etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"812 Superfast" modelinin maksimal sürəti 340 km/saatdır

İtaliyanın məşhur "Ferrari" şirkəti "Ferrari 812 Superfast" modelini istehsal edib. Avtosfer.az "ölkə.az"a istinadən xəbər verir ki, "812 Superfast" şirkətin ən güclü seriya istehsalı olan avtomobili sayılacaq. Şirkətin mühəndisləri "F12" modelinin üzərində işləyib və yeni modelə "812 Superfast" adını verib. Yeni avtomobil gələn ay Cenevrə avtomobil sərgisində nümayiş ediləcək. Avtomobil 6.5 litr həcmli, V12 obrazı atmosfer mühərriki ilə təchiz edilib. Aqreqat 800 at gücü hasil edir. Mühərrik 7 pilləli sürətlər qutusu ilə təchiz edilib. Avtomobil yerindən 100 km/saat sürəti cəmi 2.9 saniyəyə əldə edir. "812 Superfast" modelinin maksimal sürəti 340 km/saatdır. Bundan başqa avtomobil ilk dəfə olaraq istifadə edilən "Slide Slip Control" elektrik sükan gücləndirici sistemlə də təchiz edilib.

https://st1.zr.ru/_ah/img/5jeAgrybguFhm-DfIuVLpQ=s800

https://3dnews.ru/assets/external/illustrations/2017/02/17/947753/ferrari6.jpg

http://povozcar.ru/wp-content/uploads/Ferrari-812-Superfast-2017-2018-2-min.jpg

http://us.pressfrom.com/upload/images/real/2017/02/17/ferrari-812-superfast-is-a-789-hp-v-12-supercar-masterpiece__124151_.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh