İlin ilk Günəş tutulması olacaq - Bu gün

Maraqlı 26 Fevral 2017 17:03 Oxunub 1072
İlin ilk Günəş tutulması olacaq - Bu gün
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səma hadisəsini Cənubi və Qərbi Afrika, Cənubi Amerika, Antarktida sakinləri müşahidə edə biləcəklər

Bu gün ilin ilk Günəş tutulması hadisəsi olacaq. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, dairəvi Günəş tutulması Bakı vaxtı ilə saat 16:12-də başlayacaq, saat 18:54-də maksimumda olacaq, saat 21:35-də bitəcək. Yerdən Ay səthinin arxasında gizlənəcək Günəşin yalnız nazık dairə şəklində olan az bir hissəsi görünəcək. Səma hadisəsini Cənubi və Qərbi Afrika, Cənubi Amerika, Antarktida sakinləri müşahidə edə biləcəklər. Bu hadisəni Azərbaycandan izləmək mümkün olmayacaq. Qeyd edək ki, bu il 2 Ay və 2 Günəş tutulması hadisəsi baş verəcək. İlk ay tutulması fevralın 11-də qeydə alınıb. Növbəti Ay tutulması avqustun 7-də, ikinci Günəş tutulması isə avqustun 21-də olacaq. Bu hadisələrin insanlar üçün heç bir təhlükəsi yoxdur və adi astronomik hadisədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh