Sürücülərin nəzərinə! - Bu işıqla ehtiyatlı olun - VIDEO

Avtoxəbər 27 Fevral 2017 19:30 Oxunub 8368
Sürücülərin nəzərinə! - Bu işıqla ehtiyatlı olun - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun vəziyyətinə görə 60 ilə 80 kilometr arasında sürətə çıxın. Ani əyləc və sürətlənmələrdən qaçın

Hər il minlərlə sürücü yanacaq göstəricisindəki xəbərdarlıq işığına əhəmiyyət vermədiyi üçün qəzaya düşür. Avtosfer.az Publika.az-a istinadən xəbər verir ki, 2 milyon sürücünün ucuz yanacaq tapmaq ümidilə davamlı xəbərdarlıq işığı ilə avtomobili idarə etdikləri üzə çıxıb. Bildirilir ki, qadınlar bu məsələdə daha ehtiyatlıdırlar. Yanacağın bitməsinə görə yollarda qalanların yarısından çoxu məhz kişilərdir.

Müasir avtomobillərdə mayenin bitməsi səbəbi ilə vasitəyə zərərin dəyməsi təhlükənin yaranması riskini daha da böyüdür. Çünki mütəxəssislərin fikrincə, yeni vasitə sistemləri daha həssasdır və bu tip ziyanlara dözümlülükləri daha aşağıdır. Tükənən yanacağın sükan və əyləcə də təsiri var. Tövsiyə olunur ki, yolun vəziyyətinə görə 60 ilə 80 kilometr arasında sürətə çıxın. Ani əyləc və sürətlənmələrdən qaçın.

Marka və modelindən aslı olaraq isə yanacağ nasosunun qiyməti 80 manatla 500 manat ,farsunkaların qiyməti isə 80 manatla 1000 manata arasında dəyişir. Avtomobil hərkətdə olduğu zaman yanacağın tamamı ilə bitməsi isə qəzalarada səbəb ola bilər.

Bütün bunların baş verməməsi üçün sürücülər yanacağı miqdarına diqqət etməli və az yanacağla yola çıxmamalıdırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh