Yeni "Nokia 3310" təqdim olundu - 49 avro - VİDEO

Yeniliklər 27 Fevral 2017 01:54 Oxunub 6423
Yeni "Nokia 3310" təqdim olundu - 49 avro - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni versiya əvvəlki ilə müqayisədə daha yüngül və nazikdir

"HMD Global" şirkəti əfsanəvi "Nokia 3310" telefonunun yeni versiyasını təqdim edib. Avtosfer.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, təqdimat Barselonada "MWC 2017" sərgisində baş tutub. 320х240 piksellik "Nokia 3310" 2 meqapikselli kamera ilə təmin olunub və microSD yaddaş kartlarını dəstəkləyir. Yeni versiya əvvəlki ilə müqayisədə daha yüngül və nazikdir.

Qeyd olunur ki, telefonun korpusu boz, mavi, qırmızı və sarı rənglərdə olacaq. Qiyməti 49 avro olan telefonun satışa çıxarılacağı zaman hələ ki, açıqlanmır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh