Bu avtomobilin 80 yaşı var, hələ də saz vəziyyətdədir - VİDEO

Avtodünya 27 Fevral 2017 01:57 Oxunub 1998
Bu avtomobilin 80 yaşı var, hələ də saz vəziyyətdədir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
80 yaşlı retro avtomobil görənlərin marağına səbəb olur

Bu avtomobilin 80 yaşı var, amma hələ də saz vəziyyətdədir. Avtosfer.az bildirir ki, ilk dəfə görənlər retro avtomobilin 1937-ci ildə istehsal edildiyinə inanmırlar. Yollarda şütüyən zaman isə hər kəs ayaq saxlayıb maşını izləyir. Almaniyada istehsal edilən, daha çox bu ölkədə filmlərdə çəkilən "BMW-328" Goranboya 7 il əvvəl gətirlib. Retro avtomobil rayon sakini Nazim Tanrıverdiyevə Ukraynadan hədiyyə göndərilib. Rəngi ilə daha çox diqqət çəkən "BMW"-in qapıları da fərqli formada açılır. 80 yaşlı retro avtomobil görənlərin marağına səbəb olur.

Avtomobilə yüksək məbləğdə pul verərək satın almaq istəyənlər də olub. Lakin sahibi maşının hədiyyə olduğunu, bu səbəbdən də heç kəsə satmayacağını bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh