“Alatava-Avtonəqliyyat” səhmdarlarına hesabat verəcək

Avtoxəbər 27 Fevral 2017 11:06 Oxunub 1651
“Alatava-Avtonəqliyyat” səhmdarlarına hesabat verəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb

Aprelin 9-da, saat 12:00-da “Alatava-Avtonəqliyyat” QSC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. Avtosfer.az xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. Məlumata görə, yığıncaq Cəmiyyətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində baş tutacaq. Yığıncağın gündəliyinə 2016-cı ilin maliyyə hesabatının və nəticələrinin müzakirə edilməsi və digər məsələlər daxildir. Xatırladaq ki, “Alatava-Avtonəqliyyat” QSC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 188 536 manatdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh