Milyonçunun oğlu yol qəzası törətdi: 4 ölü - VİDEO

Avtoreyd 27 Fevral 2017 11:26 Oxunub 7305
Milyonçunun oğlu yol qəzası törətdi: 4 ölü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yüksək sürətlə hərəkət edən "Porsche" dayanacaqda park edilmiş "Honda"ya çırpılıb

Yunanıstanda ağır yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəza bazar günü günün ikinci yarısında Afina - Lamiya avtomagistralında qeydə alınıb. Belə ki, yüksək sürətlə hərəkət edən "Porsche" markalı avtomobil dayanacaqda park edilən "Honda Civic" maşınına çırpılıb. Hadisə nəticəsində dörd nəfər, o cümlədən 3 yaşlı uşaq həlak olub. Qəzaya səbəb olan "Porsche" markalı avtomobildə "Jumbo" supermarketlər şəbəkəsinin sahibi Apostolos Vakakisin oğlu Yorqos və dostu olub. Onlar da qəzada həlak olublar. Müşahidə kameralarının qeydlərinə əsasən, "Porsche"nin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarında park yerində dayanmış digər maşına çırpılıb. "Honda"da olan 33 yaşlı qadın və 3 yaşlı uşaq həlak olublar. "Porsche"dəki şəxslərdən biri ön pəncərədən bayıra düşüb və aldığı zədələrdən keçinib, digəri isə maşında qalaraq yanıb. Avtomomagistralda maksimum icazə verilən sürət 120 km/saat olsa da, "Porsche"nin bu limiti aşdığı müəyyən edilib. KİV isə avtomobilin "ildırım sürətiylə uçduğunu" yazıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh