Bakı-Quba yolunda qəza: 1 ölü

Qəzalar 27 Fevral 2017 11:33 Oxunub 933
Bakı-Quba yolunda qəza: 1 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, FHN-nın Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 45-ci km-də “BMW” markalı minik avtomobilinin qəzaya uğraması barədə məlumat daxil olub. Nazirliyin Sumqayıt Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və hadisə zamanı vəfat etmiş sürücü 1976-ci il təvəllüdlü Rzayev Emil Hafiz oğlunun cəsədini aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 01:36-da başa çatıb. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh