Azərbaycanda yol kənarında qadınları qurban verirlər - FOTO

Yazarlar 27 Fevral 2017 12:12 Oxunub 3811
Azərbaycanda yol kənarında qadınları qurban verirlər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı sakinlərinin fikir vermədiyi qurbanlar

Ötən həftə paytaxtda yağan qar özü ilə təkcə kommunal təchizat məsələsini deyil, həm də bu sahədə çalışan əməkdaşların təhlükəsizliyini gündəmə gətirdi. Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, bəs yolboyu əllərində bel qar, buz təmizləyən bu işçilərin təhlükəsizliyi təmin olunurmu? Ümumiyyətlə, onların vəzifələrində yolun hərəkət hissəsindəki qarı təmizləmək varmı?

http://www.istipress.com/media/image/58b3c6b936130/600@0

http://www.istipress.com/media/image/58b3c6f1b2e01/600@0

http://www.istipress.com/media/image/58b3c74a946eb/600@0

http://www.istipress.com/media/image/58b3c778bfa78/600@0

Arayış

Hazırda Bakı şəhərində yolları qardan təmizlənməsində iki qurumun, Bakı Şəhər İcra Hakimiyyəti və Azəravtoyol ASC-nin texnikaları xidmət göstərir. Ancaq maraqlıdır ki,  Parlament prospekti tər-təmiz olduğu halda, kənar küçə və prospektlərdə, xüsusil ilə  də Yeni Yasamalın eniş-yoxuş hissələrində avtomobillər buzlu yollarda çıxış yolu axtarmaqla məşğul olurlar. Diqqət çəkən budur həmin texnikalar da yalnız yolun hərəkət hissəsindəki qarı təmizləyir, kənarları isə həmin bu yaşlı qadınlar təmizləməli olurlar.

http://www.istipress.com/media/image/58b3c46fd5427/600@0

Bəs nə üçün belə vəziyyət yaranır? Niyə yollar tam təmizlənmir?

Qış ayları ərzində barmaqla sayılacaq qədər qar görən yollara yaşlı qadınların təmizləməsinin ən başlıca səbəbi kimi texnikanın çatışmazlığını göstərmək olar. Əslində biz ehtimallar üzərində ona görə danışırıq ki, qurumun mətbuat xidmətinin nümayəndəsi Nailə Məmmədova bu məsələnin icra hakimiyyətinə aid olmadığını söylədi. Ona həvalə olunan işi yaşlı qadınlara və kişilərə gördürməklə təşkilat həm də ola bilsin ki bahalı mərmər səki daşlarını qorumaq istəyir. Halbuki qanunvericilikdə icra hakimiyyətlərinin səlahiyyətləri çərçivəsində təhlükəsizlik məsələləri qeyd olunub.

http://www.istipress.com/media/image/58b3c59e7c3c6/600@0

Hər iki qurumun arsenalındakı buldozer funksiyalı qarı yoldan sivirib aparan və süpürmə funksiyasını yerinə yetirən polimer materiallı fırçası olan maşınlar yalnız nəqliyyat vasitələrinin hərəkət hissəsini təmizləyə bilir. Və nəticədə yolun kənarında qum-duz qarışığı( əgər səpilməyibsə buz qalıqları) yığılıb qalır ki, bu zaman Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliklərinin əməkdaşları “işə yarayır”. Sadalanan hər iki texnika səki daşları normadan hündür və keyfiyyətsiz olduğu uçün onları zədələyə bilər. Səki daşlarının hündürlüyü standartlara görə 10 sm olmalı olduğu halda, bəzi yerlərdə hətta 25-30 sm-ə qədərdir.

Nəqliyyat sektoru üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, kommunal işçilərin bu cür istismar edənləri həm də bir hüquqi məsuliyyət gözləyə bilər.

“Əmək məcəlləsində bununla bağlı müddəalar öz əksini tapıb. Bu işçilərin yolun hərəkət hissəsində işləməsi üçün xüsusi geyim, təhlükəsizlik vasitələri təmin olunmalı, işlədikləri zolağın qismən məhdudlaşdırılması, xəbərdaredici vasitələrin yola yerləşdirilməsi, öndə işləyən işçilərin ardınca qəza siqnallı avtomobilin müşayəti kimi tədbirlər görülməlidir. Ancaq bu kimi tədbirlər də bellə qar təmizləmək üçün deyil, yolların süpürülməsi və təmir bərpası zamanı tətbiq olunmalıdır. O ki qaldı səkilərin təmizlənməsinə bu söhbət mövzusu deyil. Orda onların həyatı üçün təhlükə yoxdur. Əslində bu hissələri də mini texnika illə görmək mümkündür”.

http://www.istipress.com/media/image/58b3c90a0b1b3/600@0

 

"Azəravtoyol" ASC-dən isə bildirirlər ki, qurum yolların qarını təmizləmək üçün işçi cəlb etmir. Bu işi yalnız texnika görür. Texnika isə yolun hərəkət hissəsini təmizləyir. Səki daşlarının zədələnməməsi üçün isə texnika  cəmi bir neçə santimetrlik hissəyə müdaxilə etmir ki, bu da avtomobillərə çətinlik yaratmır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh