Yol polisi bölməsinə yeni rəis təyin edilib

Yol polisi 27 Fevral 2017 13:27 Oxunub 4652
Yol polisi bölməsinə yeni rəis təyin edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ramil Usubovun əmri ilə

Göyçay rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinə 3 aydan sonra yeni rəis təyin edilib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə polis kapitanı İlkin Məmmədov təyin olunub. O bundan əvvəl Göygöl rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin baş inspektoru vəzifəsində çalışıb. Qeyd edək ki, Göyçay rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin sabiq rəisi, polis kapitanı Vüqar Qasımov yük avtomobili və taksi sürücüləri ilə düzgün davranmadığı üçün aralarında yaranan problemlər səbəbindən 2016-cı il oktyabrın 15-də rayon polis şöbəsinin qarşısında bir qrup şəxs tərəfindən təşkil edilən etiraz aksiyasından sonra tutduğu vəzifədən azad olunub. Həmin vaxt sürücülərin narazılığı da aradan qaldırılıb. V.Qasımov cəmi bir ay Göyçay rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi vəzifəsində işləyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh