Bu günə olan hava proqnozu AÇIQLANDI

Gündəm 28 Fevral 2017 00:31 Oxunub 925
Bu günə olan hava proqnozu AÇIQLANDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rayonlarda mülayim şərq küləyi əsəcək

Azərbaycanda bu günə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, fevralın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh