“Formula 1”-in yeni bolidləri təqdim edildi: Williams FW40 – FOTO

Yarışma 27 Fevral 2017 20:00 Oxunub 1463
“Formula 1”-in yeni bolidləri təqdim edildi: Williams FW40 – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu mövsümdən etibarən “Formula-1”-ə daha geniş şinlər geri qayıdır

“Williams” yeni FW40 avtomobilini təqdim etdi. Avtosfer.az oxu.az-a istinadə xəbər verir ki, FW40 üzərində iş keçən il komandanı tərk edən Pet Simondsun rəhbərliyi altında aparılırdı. Martın 1-dən “Mercedes”in sabiq texniki direktoru Paddi Lou rəhbər postda olacaq. 

“Mercedes” Valtteri Bottası dəvət etdikdən sonra təcrübəli Felipe Massa 2017-ci ilin yeganə debyutantı olan gənc Lens Strollununtərəfdaşı və ustadı olmaq üçün geri qayıtdı. FW40 korpusu və arxa qanadlar daha genişdir, bu mövsümdən etibarən “Formula-1”-ə daha geniş şinlər geri qayıdır. “Williams FW40”-ın texniki özəllikləri

Şassi: korpus karbon-plastik və məsaməli kompozit materiallardan 

Transmissiya: səkkiz pilləli yarımavtomat sürətlər qutusu. 

Amortizatorlar: Williams

Təkər diskləri: Apрtech

Şinlər: Pirelli. Ön: 305/670-13, arxa: 405/670-13

Əyləc sistemi: AP, ön 6 porşenli supportlar, 4 porşenli arxa supportlar, disklər və qəliblər karbon-plastikdən 

Mühərrik: Mercedes-AMG F1 M08 EQ Power+, 1,6 l, V6, 24 qapaq

Ölçülər: uzunluq: 5000 mm, hündürlük: 950 mm, en: 2000 mm.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh