Yazıçı anasını vurub qaçan sürücünün görüntülərini yaydı - VİDEO

Qəzalar 27 Fevral 2017 14:28 Oxunub 1281
Yazıçı anasını vurub qaçan sürücünün görüntülərini yaydı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Günah yaşayış məntəqəsində sürətlə şütüyən xarici markalı avtomobilin vicdansız sürücüsündə olub

Yazıçı, kulturoloq Aydınxan Əbilov anasının avtomobillə vurulma anının kadrlarını paylaşıb. Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, yazıçının anasını ötən gecə avtomobil vurub. Yazıçı bildirib ki, sürücü anasını maşınla vurduqdan sonra evə gətirib və qaçıb. "Gecə zəng gəldi ki, Lənkəranda dünən anamı bazarlıq etdiyi iri supermarketin qarşısında maşın vurub. Özü boynuna almır, amma günah yaşayış məntəqəsində sürətlə şütüyən xarici markalı avtomobilin vicdansız sürücüsündə olub. Adam kimi özünü aparmayan sürücü anamın sadə kənd qadını olduğunu görüb, gəlib evdə atıb, çıxıb gedib, nə kiməsə deyib, nə maraqlanıb, nə də təcili yardıma, həkimə xəbər edib. Gecədən artıq hadisənin videogörüntülərini çıxartmışam. Fəqət anam indi mənə yalvarır ki, yazıqdır, polisə vermə, qarğış edər, nə bilim, sən də sükan arxasındasan", - Aydınxan bildirib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh