Dəmir yolunda partlayış: 10 vaqon relsdən çıxdı - FOTO

Gündəm 27 Fevral 2017 15:18 Oxunub 1592
Dəmir yolunda partlayış: 10 vaqon relsdən çıxdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Partlayış əldəqayırma partlayıcı ilə törədilib

Batman-Diyarbakır istiqamətində hərəkət edən yük qatarının keçdiyi yolda törədilən partlayış nəticəsində 10 vaqon relsdən çıxıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, partlayış nəticəsində ölən və yaralanan olmayıb. Məlumata görə, partlayış əldəqayırma partlayıcı ilə törədilib.

*** 14:23

Türkiyənin Diyarbakır əyalətinin Sur rayonunun Çarıklı bələdiyyəsinin Karpuzlu kəndində partlayış olub. Hadisə kənddən keçən dəmiryol xəttində baş verib. Partlayış yerinə çox sayda təcili tibbi yardım maşını cəlb edilib. Hadisə barədə əlavə məlumat yayılmayıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh