Külək dayanacaqda pavilyonu və qoruyucu çəpərləri sındırıb - FOTO

Gündəm 27 Fevral 2017 15:07 Oxunub 991
Külək dayanacaqda pavilyonu və qoruyucu çəpərləri sındırıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
20 Yanvar dairəsi yaxınlığında qəzalı vəziyyətə düşən dayanacaq isə BNA-ya aid deyil

Fevralın 26-da paytaxtda müşahidə edilən güclü külək nəticəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində Bakı Nəqliyyat Agentliyinin quraşdırdığı bir dayanacaq pavilyonuna və hərəkətin təhlükəsizliyi üçün quraşdırılan qoruyucu çəpərlərə ziyan dəyib. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, küləkli hava şəraiti səbəbindən həmin gün ərazidə təmir bərpa işlərinin aparılması mümkün olmayıb. Artıq Bakı Nəqliyyat Agentliyinin balansında olan dayanacağın, eləcə də qoruyucu çəpərlərin bərpası istiqamətində iş aparılır: "Sosial şəbəkə istifadəçiləri tərəfindən fotoşəkilləri paylaşılan və 20 Yanvar dairəsi yaxınlığında qəzalı vəziyyətə düşən dayanacaq pavilyonuna gəlincə isə bildirmək istəyirik ki, sözügüdən pavilyon Bakı Nəqliyyat Agentliyinin balansında olmadığından, onun təmiri və ya yenisi ilə əvəz edilməsi də Agentliyin səlahiyyətinə aid deyil. Lakin Bakı Nəqliyyat Agentliyi məsələ ilə bağlı dayanacaq pavilyonunun aid olduğu müvafiq dövlət qurumunu məlumatlanıdırıb. Yaxın vaxtlarda  bu qəzanın nəticələri də müvafiq dövlət qurumu tərəfindən aradan qaldırılacaq".

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh