Şəhidlərimizin nəşi döyüş meydanından çıxarıldı - RƏSMİ

Gündəm 27 Fevral 2017 17:13 Oxunub 2110
Şəhidlərimizin nəşi döyüş meydanından çıxarıldı - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prosesdə beynəlxalq vasitəçilər də iştirak edib

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından təxliyə edilib. Bu barədə Avtosfer.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh