Cəlilabadda yanacaqdaşıyan maşın qəzaya düşüb, 4 yaralı - FOTO

Qəzalar 27 Fevral 2017 17:37 Oxunub 1169
Cəlilabadda yanacaqdaşıyan maşın qəzaya düşüb, 4 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzanın hansı səbəbdən baş verməsi araşdırmalardan sonra məlum olacaq

Cəlilabadda 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Ələt- Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, Cəlilabad rayon Maşlıq kənd sakini Nazim Qasımovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Astara istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn yanacaqdaşıyan qoşqulu yük avtomobili ilə toqquşub. Nəticədə sürücü də daxil olmaqla minik maşınında olan sərnişinlər - Ceyhun Nəsirov, Könül və İradə Nəsirovalar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Qəzanın hansı səbəbdən baş verməsi araşdırmalardan sonra məlum olacaq.

 

“Report”

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh