Sürücülərin çox istifadə etdiyi yol bağlanır

Avtoxəbər 27 Fevral 2017 22:57 Oxunub 5932
Sürücülərin çox istifadə etdiyi yol bağlanır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nərimanovun heykəlindən "Statistika dairəsi"nə qədər yol bağlı olacaq

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq Nərimanov prospekti yenidən qurulur. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a daxil olan məlumata görə, bu işlər çərçivəsində sözügedən prospekt ilə avtonəqliyyat vasitələrinin hərəkəti 28 fevral 2017-ci il tarixindən etibarən məhdudlaşdırılacaq. Məhdudlaşdırma N.Nərimanovun heykəlinin yerləşdiyi ərazidən "Statistika dairəsi"nə qədər olan hissədə tətbiq ediləcək. Hərəkətin məhdudlaşdırılması yenidənqurma işləri bitənədək qüvvədə olacaq. Bu müddət ərzində yarana biləcək narahatlığa görə, vətəndaşlardan öncədən üzr istəyirik və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik.

Qeyd edək ki, təmirlə bağlı olaraq Mikayıl Müşfiqin Nəriman Nərimanov və İnşaatçılar prospektlərinin kəsişməsində yerləşən parkdakı büstü götürülüb.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh