Şəhid olduğu deyilən əsgər danışdı - Video açıqlama

Gündəm 27 Fevral 2017 23:05 Oxunub 1598
Şəhid olduğu deyilən əsgər danışdı - Video açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əsgər Murad Hüseynov hərbi hissələrdən birində xidmətdədir

Müdafiə Nazirliyi Azərbaycan əsgəri Murad Hüseynovun həlak olması ilə bağlı yayılan məlumatları təkzib edib. Avtosfer.az xəbər verir ki, Müdafiə Nazirliyindən bildiriblər ki, əsgər Hüseynov Murad İlqar oğlu hazırda Silahlı Qüvvələrdə hərbi hissələrdən birində xidmətdədir. Onun yayılan fotosu isə 2016-cı ilin fevral ayında Silahlı Qüvvələrin ağırlıqqaldırma üzrə yarışlar zamanı qohumları tərəfindən çəkilərək sosial şəbəkəyə yerləşdirlib. Qoşunların qarşıdurma xəttində baş verən hadisələr barədə son günlər sosial şəbəkələrdə paylaşılan əsassız xəbərlər, youtube-da yayımlanan saxta video və fotolarla bağlı bildiririk ki, bu Ermənistanın xüsusi xidmət orqanları üçün sifariş yerinə yetirən şəxslər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilir.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyətimiz arasında çaşqınlıq cəhdinin göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh