Rusiya Azərbaycana "QAZ" buraxacaq

Avtobazar 28 Fevral 2017 00:06 Oxunub 4149
Rusiya Azərbaycana "QAZ" buraxacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobillərin tədarükü ilə bağlı danışıqlar gedir

Rusiyanın "QAZ Qrupu" şirkətinin istehsalı olan avtomobillərin Azərbaycan tədarükü ilə bağlı danışıqlar aparılır. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiyanın Nijeqorod vilayətinin qubernatoru Valeri Şantsev məlumat verib. Onun sözlərinə görə, vilayət administrasiyası şirkət məhsullarının MDB ölkələri bazarlarında satılması üçün "QAZ Qrupu"na köməklik göstərir. "Hazırda belə danışıqlar Azərbaycanla aparılır, həmçinin 2017-ci ildə "QAZ" üçün Tacikistan da perspektivli bazardır. Biz bu işi bütün MDB ölkələri üzrə aparırıq", - deyə qubernator bildirib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh