Sankt-Peterburqdan Bakıya uçuşların sayı arta bilər

Yeniliklər 28 Fevral 2017 11:16 Oxunub 1020
Sankt-Peterburqdan Bakıya uçuşların sayı arta bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət həftədə üç dəfə Sankt-Peterburq-Bakı uçuşlarını həyata keçirəcək

Rusiyanın "Uralskie avialinii" aviaşirkəti Sankt-Peterburqdan Bakıya reyslərin həyata keçirilməsi üçün icazə əldə edib. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, icazə daşıyıcıların beynəlxalq daşımalara buraxılması üzrə qurumlararası komissiyanın səsverməsindən sonra verilib. Məlumata görə, şirkət həftədə üç dəfə Sankt-Peterburq-Bakı uçuşlarını həyata keçirəcək. Qeyd edək ki, hazırda bu reys üzrə uçuşları "Rossiya" aviaşirkəti həftədə 7 dəfə həyata keçirir. Bununla da, yay uçuşları cədvəlinə uyğun olaraq Sankt-Peterburq-Bakı reysləri həftədə 10 dəfə baş tuta bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh