"Statistika dairəsi"ndə yenə tıxac - Səbəb zəncirvari qəza

Gündəm 28 Fevral 2017 11:27 Oxunub 824
"Statistika dairəsi"ndə yenə tıxac - Səbəb zəncirvari qəza
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əraziyə Yasamal və Nəsimi rayon Dövlət Yol Polisi əməkdaşları cəlb edilib

Səhər saatlarında Bakıda zəncirvari qəza tıxaca səbəb olub. Avtosfer.az xəbər verir ki, bu barədə trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində, Dövlət Statistika Komitəsinin qarşısındakı dairədə baş verib. "Jeep", "Mercedes" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində dairədə tıxac yaranıb və hazırda ərazidə avtomobillərin hərəkəti çətinləşib. Əraziyə Yasamal və Nəsimi rayon Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. Yol polisinin iştirakı ilə avtomobillərin ərazidən uzaqlaşdırılması istiqamətində tədbirlər görülür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh